Axtarış sistemində alış-veriş üçün təqdim edəcəyi yeni xüsusiyyətlərlə "Google", istifadəçilərinin ən uyğun variantı tapmasını hədəfləyir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hazırda alış-veriş axtarışlarında yalnız qiymətləri və internet saytlarını göstərən "Google", gələcək yeni funksiyalarla yanaşı, axtarılan məhsul üçün promosyonlar və endirim kuponları da göstərəcək. Bir sözlə, axtardığınız məhsulun endirim kuponu varsa, bu kupon "Google" axtarışında görünəcək. Əlavə edək ki, endirim kuponu olan məhsulların endirim kuponlarını birbaşa "Google"dan köçürmək olar. Google tərəfindən verilən məlumata görə, kupon yönümlü xüsusiyyətlər yaxın həftələrdə istifadəyə veriləcək.