"ISM" xidmətləri indeksi, oktyabr ayında 2020-ci ildən bəri ən yavaş artımı qeyd edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "ABŞ"da "ISM" xidmətləri indeksi sentyabrda 56,7-dən 54,4-ə düşüb. İqtisadçıların gözləntiləri 55,3 idi. Bu, 2020-ci ilin may ayından bəri ən aşağı səviyyədir. Sifarişlərin azalması indeksdəki enişdə təsirli olub.
Yeni sifarişlər indeksi iyun ayından bəri ən aşağı səviyyə olan 56,5-ə düşüb, məşğulluq indeksi isə 53-dən 49,1-ə düşüb.
Açıqlanan məlumatlar göstərir ki, yüksək inflyasiya səbəbindən xidmət sektorunda tələb azalıb. Ola bilsin ki, "FED"in qiymət təzyiqlərini azaltmaq üçün 75 baza bəndi artırması iqtisadiyyatı resessiyaya sürükləyə bilər.