"Apple", "Siri"ni oyatmaq üçün istifadə edilən səs əmrini dəyişdirməyi planlaşdırır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple"ın rəqəmsal köməkçisi, "Siri"yə çatmaq üçün istifadə edilən əmr “Hey, Siri” idi. Bu əmri dəyişmək istəyən "Apple"ın məqsədi komandadakı “Hey” hissəsindən xilas olmaq və istifadəçilərin sadəcə “Siri” deyərək köməkçiyə çatmasını təmin etməkdir. İlk baxışdan asan görünən bu dəyişiklik əslində çox məşəqqətli bir inkişaf prosesi tələb edir. "Apple" aylardır üzərində çalışdığı bilinən bu dəyişikliyin ciddi mühəndislik və süni intellekt təhsili tələb etməsinin səbəbi fərqli aksent və dialektlərin tanınmasıdır.