"Zoom" ilə əməkdaşlıq onlara 75-150 nəfəri birləşdirə bilən video konfrans otaqları yaratmağa imkan verəcək


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bir şirkət kinoteatrda videokonfrans üçün müraciət etdikdə, həmin kinoteatr üç saatlıq müddətə həmin şirkətə ayrılacaq. Bundan əlavə, konfrans zalı üçün lazım olan bütün avadanlıqlar "Zoom" tərəfindən təmin ediləcək. "AMC" bildirir ki, kinoteatrlarda təkcə işgüzar görüşlər deyil, məhsulun tanıtımları da keçirilə bilər. "AMC-Zoom" ilə əməkdaşlıqda yaradılan video konfrans otaqları ilə "Comic-Con" kimi müxtəlif canlı yayımlar və tədbirlər müxtəlif bölgələrdə yayımlana bilər.