2020-ci ildə ipək yolundan 69 min "Bitcoin" oğurlayan hakerin bitkoinləri ələ keçirilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "ABŞ Ədliyyə Nazirliyi" 10 il əvvəl İpək Yolu qeyri-qanuni ticarət saytını aldadan James Zhongdan 3,36 milyard dollar dəyərində bitcoini ələ keçirdiyini açıqlayıb. Bu, "ABŞ Ədliyyə Nazirliy"i tərəfindən əməliyyatda ələ keçirilən ikinci ən böyük kriptovalyutadır. 2021-ci ilin noyabrında həbs edilən və cinayətini etiraf edən Jamesin Corciya əyalət evinə edilən basqında 50 min 676 bitkoinin ələ keçirildiyi və bitkoinin dəyərinin 60 min dolları keçdiyi açıqlanıb. Basqında ələ keçirilən məbləğ 3,36 milyard dollar olub.