İstehsalçı qiymətləri oktyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sentyabrda qiymətlər 0,9 faiz artıb. İqtisadçılar oktyabr ayında istehsalçı qiymətlərinin 1,5 faiz azalacağını gözləyirdilər. Oktyabrda kömür hasilatı və yuyulması sektorunda qiymətlər 16,5 faiz, dəmir əritmə və prokat sektorunda isə 21,1 faiz ucuzlaşıb. Yanvar-oktyabr aylarında istehsalçı qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.