"Binance"in təsisçisi Changpeng Zhao, ticarət həcminə görə üçüncü ən böyük kriptovalyuta birjası olan "FTX"i almağı planlaşdırdıqlarını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Twitter"də verdiyi açıqlamada Zhao, "FTX"nin bu gün "Binance"dən kömək istədiyini bildirib. "FTX"nin problemi olduğuna diqqət çəkən Zhao, "İstifadəçiləri qorumaq üçün FTX.com-u tam şəkildə əldə etmək və probleminin həllinə kömək etmək üçün məcburi olmayan bir niyyət məktubu imzaladıq" ifadəsini işlədib. "Binance" rəqibi "FTX"in baş direktoru Sam Bankman-Frid də inkişafı təsdiqləyərək, “Biz Binance ilə FTX.com üçün strateji bir əməliyyat haqqında razılığa gəldik” deyib.