Apple şirkəti iPad Mini-yə həsr edilmiş ilk reklam çarxını təqdim etdi. Qadjet dizaynı sahəsində Stiv Cobsun ənənələrinin pozulmasına baxmayaraq, onun irəliləyişi bir qədər klassik oldu.


Yeni çarx markaya məxsus tərzdə hazırlanmışdır. Artıq heçnə yoxdur, yalnız ağ fonda məhsul təqdim olunub. Lakin əgər əvvələr reklamlarda üstnlük qadjetin texniki xarakteristikalarına uyğun hazırlanırdısa, indi artiq əsas diqqət dizayner qərarlarına yönəlir. Panellərin rəng qammasını genişləndirmiş iPod reklamlarıda bu cür hazırlanmışdı.


Eyni şey iPad Mini reklamlarıyla da təkrarlandı. Qadjetin xarakteristikaları hər kəsə məlumdursa onlar haqqında danışmaq nəyə gərək ? Yaradıcıların qarşısında digər bir məsələ dururdu - yeni məhsul emosiyanı necə çatdıra bilər. Onlar bunu virtual pianoda sevimli mahnı vasitəsilə həyata keçirdilər.


Belə heç bir yenilik baş vermədi, sadəcə olaraq bir "pianoçuya" ikinci pianoçu qoşuldu və bu nədənsə dərhal dostluqla, qardaş sevgisiylə assosiasiya, ilham, həyəcan və digər hisslər doğurdu. Yeri gəlmişkən, çox simvolikdir ki, çarxda səslənən mahnı "Heart and soul" ("Ürək və ruh") adlanır və reklamda mövcud olmayan sloqanı əla əvəz edərək markanın mesajını çox dəqiq çatdırır.


Məcmu halda bütün detallarla, çarx yalnız pozitiv emosiyalara səbəb olur və Apple istehlak gözləntilərini doğrultmağa davam edir. İdeya və reklamın reallaşdırması 'TBWAMedia Arts Lab' agentliyinə aiddir.