Avstraliyanın baş naziri Entoni Albanese, Çin prezidenti Şi Cinpindən ticarət maneələrini aradan qaldırmağı xahiş edəcəyini bildirib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Albanese və Şi gələn həftə İndoneziyada keçiriləcək G20 Sammitində və Taylandda keçiriləcək "Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Liderlərinin Sammitin"də iştirak edəcəklər. Avstraliyanın baş naziri Albanese Kambocada keçirilən "Şərqi Asiya Sammiti"ni tərk etməzdən əvvəl deyib: "Biz ikimiz də növbəti doqquz gün ərzində eyni iki konfransda iştirak edəcəyik. Mən bu müddət ərzində baş verə biləcək hər hansı müzakirəni alqışlayıram". deyib. Çindən milyardlarla dollarlıq ticarət maneələrini aradan qaldırmasını istəyəcəyini qeyd edən Albanese, Çinin iqtisadi sanksiyalarının qaldırılmasının iki ölkə arasındakı münasibətlərin normallaşması üçün prioritet olduğunu bildirib.