Bu, son 1 ildə ilk daralma idi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qlobal tənəzzül riskləri, zəif yen və kəskin artan idxal xərcləri ev təsərrüfatlarının xərclərinə və biznes fəaliyyətlərinə təzyiq göstərərək, Yaponiya iqtisadiyyatının üçüncü rübdə illik məlumatlara görə rübdən 1,2 faiz daralmasına səbəb olub. İqtisadçılar üçüncü rübdə 1,1 faiz artım gözləyirdilər. İkinci rübün artım tempi yüzdə 4,6 olaraq revize edilib. Üçüncü rübdə "ÜDM" əvvəlki rüblə müqayisədə 0,3 faiz azalıb. Yaponiya iqtisadiyyatının yarıdan çoxunu təşkil edən özəl istehlak üçüncü rübdə 0,3 faiz artıb. İkinci rübdə artım tempi 1,2 faiz olub.