Sorğu funksiyasından istifadə etmək üçün sadəcə "iOS' və "Android"də media paylaşma bölməsinə keçmək və sorğu seçimini seçmək lazımdır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni yeniləmə ilə "WhatsApp"da öz yerini tutan sorğu funksiyası istifadəçilərə həm topluluq, həm də fərdi söhbətlərdə sorğu keçirməyə imkan verir. Bu yeni funksiya ilə şirkət öz platformasınd topluluq idarəçiliyini sadələşdirir. Bu yaxınlarda topluluq funksiyasını təqdim edən "WhatsApp" yaxın günlərdə topluluq yenilikləri ilə gündəmə gələ bilər. Sorğunu seçdikdən və sorğu yarat ekranına gəldikdən sonra sual və cavab seçimlərinizi qeyd edərək sorğunu redaktə edə bilərsiniz.
Sorğunu paylaşdıqdan sonra hansı cavabların daha çox səs aldığını da izləmək mümkündür.