Çin, Malidə illik gücü 45 min ton olan pambıq toxuculuq fabriki qurmağı və ölkədə 5 min nəfərlik işçi qüvvəsi yaratmağı planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, prezident Assimi Qoita, Çinin Bamako səfiri və onu müşayiət edən heyəti qəbul edib. Görüş zamanı paytaxt Bamako və Koutiala şəhərlərində 2 pambıq toxuculuq fabrikinin yaradılmasına dair protokol imzalanıb. Müvafiq olaraq, Koutialada qurulması planlaşdırılan fabrikin illik toxuculuq gücü 20 min ton, Bamakodakı fabrik isə 25 min ton toxuculuq gücünə sahib olacaq. Çinin "Qingdao" şirkəti tərəfindən 200 milyon dollara başa gələcək layihənin 5 min nəfərə iş yerinin yaradılması gözlənilir.


Mali 2021-2022-ci illərdə 760 min ton istehsalla Afrika qitəsinin lider pambıq istehsalçısıdır.