BƏƏ neft və qaz sektorlarını genişləndirmək üçün 150 milyard dollar investisiya planlaşdırır
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, BƏƏ milli neft şirkəti "ADNOC" qarşıdakı 5 ildə şirkətin kapital qoyuluşlarını 150 milyard dollara çatdırmağı hədəfləyir. "ADNOC" 2023-2027-ci illər üçün yenilənmiş strategiyasını açıqlayıb, o cümlədən kapital qoyuluşları artır. Müvafiq olaraq, şirkətin qaz emalı və mayeləşdirilmiş təbii qaz sahəsində fəaliyyəti birləşdiriləcək.
Digər tərəfdən, "BƏƏ"nin ehtiyatlarının 113 milyard barel neft və 290 trilyon standart kub fut qaza yüksəldiyi ifadə edilib.