"Avropa İttifaqı"nın Rusiyadan dəniz yolu ilə xam neft idxalına qarşı sanksiyaları üçün geri sayma başlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, fevralda Rusiya-Ukrayna müharibəsi başlamazdan bir gün əvvəl Rusiyadan orta hesabla 2,4 milyon barel xam neft və 1,4 milyon barrel neft məhsulları idxal edən "Aİ", iyunun 3-də Rusiyadan xam neft və neft məhsulları idxalını dayandırıb. Rusiya neftinin üçüncü ölkələrə daşınmasına da məhdudiyyətlər qoyan sanksiyalar bazar ertəsi Rusiyadan xam neftin dəniz yolu ilə idxalına qadağa qoyulması ilə qüvvəyə minəcək.
"Aİ", fevralın 5-dən etibarən Rusiyadan neft məhsullarının tədarükünü dayandıracaq.