"Avropa birliyi" ölkələri Rusiya neftinə tavan qiymət tətbiq etməyə razılaşıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Aİ"dən sonra "G7" və Avstraliya, Rusiya neftinə tavan qiymət tətbiq ediblər. "AB"nin müvəqqəti prezidenti Çexiyanın rəsmi sosial media hesabında paylaşılan yazıda üzv dövlətlərin nümayəndələrinin Rusiya neftinin tavan qiyməti ilə bağlı razılığa gəldiyi bildirilib.


“Səfirlər Rusiyadan dəniz yolu ilə daşınan neftin tavan qiyməti ilə bağlı razılığa gəliblər” ifadəsinin işlədildiyi yazıda qərarın "Aİ" rəsmi jurnalında dərcindən sonra qüvvəyə minəcəyinə diqqət çəkilib.