"YouTube" yeni "YouTube: Push Stop" məzmunu ilə istifadəçilərin məlumatlılığını artıraraq dezinformasiyanın qarşısını almağı hədəfləyir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, videolarda istifadəçilərə manipulyasiya və yalan məlumatların yayılmasının qarşısını almaq üçün sosial şəbəkədən istifadəyə fasilə vermələri tövsiyə olunur. Eynilə, özünü ekspert kimi təqdim edən şəxslərin məlumatlarına istinad etməzdən əvvəl ekspertin səriştəsini, diplomunu və sertifikatlarını şübhə altına almaq tövsiyə olunur.