Cənubi Dakota qubernatoru "TikTok" tətbiqini qadağan edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çin hökumətinin "TikTok" məlumatlarından Amerika xalqını manipulyasiya etmək üçün istifadə etdiyini iddia edən qubernator Kristi Noem mövzu ilə bağlı fərman imzalayıb və fərmanı şəxsi sosial media hesabında "Twitter"də paylaşıb. "Tiktok"un "Çin Kommunist Partiyası" üçün məlumat topladığını qeyd edərək, bunun milli təhlükəsizliyə artan təhdid olduğunu qeyd edib.