"Avropa İttifaqı Komissiyası"nın sədri Ursula, Böyük Britaniyanın siyasi iradə nümayiş etdirdiyi təqdirdə "Şimali İrlandiya Protokolu" ilə bağlı mübahisədə müsbət nəticənin əldə olunacağına “çox əmin olduğunu” söyləyib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində rəsmi səfərdə olan Von der Leyen, İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşüb. Von der Leyen səfəri çərçivəsində mətbuata verdiyi açıqlamada Brexit razılaşmasının bir hissəsi olan Şimali İrlandiya Protokolu ilə bağlı qiymətləndirmələr edib. "Aİ" və İrlandiya, Brexit məsələlərində həmişə “çox sıx əməkdaşlıq” içərisində olublar.