"JPMorgan", İngiltərə iqtisadiyyatının 2023-cü ildə daralacağını gözlədiyini söyləyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərə iqtisadiyyatının sürətlə yüksələn təbii qaz qiymətləri, yavaşlayan qlobal böyümə və sıx iqtisadi şərtlərin təsiri ilə uzun bir tənəzzül dövrünə girdiyini müdafiə edən "JPMorgan", İngiltərə iqtisadiyyatında 2023-cü ildə daralma gözlədiyini bildirib. "JPMorgan", bu il 4,3 faiz artacağı gözlənilən "ÜDM"in 2023-cü ildə 0,6 faiz azalacağını proqnozlaşdırıb.