"HSBC" Kanadadakı əməliyyatını 10 milyard dollara "Royal Bank of Canada"ya köçürür.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "British HSBC" öz resurslarını mərkəzi bazarlara yönəldir, "Royal Bank of Canada" isə öz ölkəsindəki bazar payını artırır və Kanadanın ən böyük bankı kimi mövqeyini möhkəmləndirir. Əməliyyatların 2023-cü ilin sonuna qədər başa çatdırılması, "HSBC"yə 5,7 milyard dollar vergidən əvvəl gəlir əldə etməsi gözlənilir.