Goldman Sachs analitikləri yaxın 3-6 ayda dolların Asiya valyutaları qarşısında zirvəyə çatacağını gözlədiklərini bildiriblər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, analitiklər bəzi valyutalarda nikbin mövqeyi vurğulayaraq, dolların Asiya valyutaları qarşısında üstünlüyünün uzun sürməyəcəyini bildiriblər. Goldman Sachs Group, dolların Asiya valyutaları qarşısında güclənməsi üçün zamana ehtiyac olduğunu ifadə edərək, "FED"in qarşıdakı 3-6 ayda faiz siyasəti ilə bağlı daha aydın mənzərənin ortaya çıxması ilə dolların gücünün zəifləyəcəyini bildirib.