ABŞ prezidenti Co Biden inflyasiyanın normal səviyyələrə qayıtmasının zaman alacağını ifadə edərək, inflyasiyanın azaldılmasında irəliləyiş əldə etdiklərini ifadə edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Biden verdiyi yazılı açıqlamada oktyabr ayı inflyasiya məlumatları ilə bağlı qiymətləndirmə edib. “Bugünkü hesabat göstərir ki, biz iqtisadi artım və iş yerlərinin yaradılması sahəsində əldə etdiyimiz bütün irəliləyişlərdən əl çəkmədən inflyasiyanın azaldılmasında irəliləyiş əldə edirik”, deyə prezident Biden bildirib.