İsveçrə bank nəhəngi "Credit Suisse", daha əvvəl açıqladığı strateji transformasiya üçün ehtiyac duyduğu 4,3 milyard dollar kapital artımını tamamlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu addımdan sonra bankın səhmləri "Sürix" birjasında 3,2 faiz bahalaşıb. İnvestorlar 2,39 milyard dollar toplamaq təklifi ilə satışdakı səhmlərin 98,2 faizini almağa razılaşıblar. Səhmin qalan hissəsi bazarda hər səhm üçün 2,69 ABŞ dolları olan təklif qiymətindən və ya ondan yuxarı qiymətə satılacaq.