Daha əvvəl "Safari"də gördüyümüz "Passkey", "Chrome"da da özünü göstərməyə başlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istifadəçilərin parol təyin etmə prosesində diqqətli olmamaları, eyni zamanda məlumatların pozulmasına səbəb olub. Ehtiyat tədbiri olaraq, "Chrome" keçmişdə iki addımlı doğrulama və "Google Parol Meneceri" funksiyalarını buraxıb. Bununla belə, şirkət "Passkey" ilə istifadəçilərinə daha təhlükəsiz təcrübə təqdim etməyi hədəfləyir. Cihazın kilidini açarkən autentifikasiya etməli olduğunuz kimi, "Passkey" istifadə edərkən də autentifikasiya etməlisiniz.
"Passkey", "Windows 11", "macOS" və" Android" sistemlərində mövcud olacaq.