Windows phone cihazlarında, daha çox Windows platformalı kompüterlərdə yekdilliklə istifadə olunan Office, Word, Excel və PowerPoint kimi lazımlı funskiyalarla bol olan Microsoft Office proqramları digər platformalara da gəlmə ehtimalı var. Daha əvvəllər, Office proqramının bu ilin payız aylarında gələcəyi söylənilmişdi. İndi isə, 2013-cü ildə Microsoft Office, AndroidiOS platformaları üçün dəqiqliklə gələcəyi söylənilir.

Ehtimal var ki, Office Mobile ilk dəfə ödənişsiz halda çıxsın. Hər halda demo versiya kimi. Daha sonra, ödənişli formada satılacaq. Word, PowerPoint və Excel fayllarını redaktə etməyi arzu edənlər üçün Office 365 abunəsi lazım olacaq. Office proqramı, şirkətin SkyDrive və One Note kimi tətbiqlərinə sinxronlaşacaq.

Office Mobile 2013-cü ilin martında iOS üçün, may ayında isə Android üçün gələcəyi deyilir. Bu nə qədər uğurlu olacağı hələ bilinmir. Amma, Android platformasında bunun alternativləri çoxdur.