"Beynəlxalq Enerji Agentli"yi gələn il Rusiyanın ixracatında azalma və tələbatın gözləniləndən çox artması ilə neft qiymətlərində artım müşahidə oluna biləcəyi fikrini paylaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiyanın istehsalının 2023-cü ilin ilk rübündə 14 faiz azala biləcəyi ifadə edilib. Bu fərziyyə reallaşarsa, neft müqavilələrində bir barel üçün 80 dollara kimi azalan son tendensiyanın geri dönə biləcəyi bildirilib. Qurumun bəyanatında, " Neft bazarında sərtləşmə müşahidə olunduğu üçün neftdə yeni bir yüksəlişə göz yummaq olmaz" deyilib.