"Binance", platformadan bir milyard dollardan çox dəyərində kriptovalyutanın çıxarılmasından sonra etibarı bərpa etməyə çalışır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Binance"in sözçüsü, son vaxtlar pul çəkilmələri və şəffaflıqla bağlı narahatlıqlar barədə “İnsanlar müxtəlif səbəblərdən hər gün pul yatırır və pul çıxarırlar. "Binance"dəki istifadəçi aktivlərinin bir-bir qarşılığı var və "Binance"in kapital strukturunda heç bir borcu yoxdur"deyib.
İstifadəçilər "FTX"in dağılmasından sonra inamsızlıq üzündən milyarder Changpeng Zhao'nun platformasından aktivlərini geri çəkirlər.