Apple CEO-su Tim Cook bir tvitində Apple-ın Sony ilə on ildən çoxdur əməkdaşlıq etdiyini açıqladı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Cook, iPhone-ların kameralarında Sony görüntü sensorlarının olduğunu ifadə edib.


Ümumiyyətlə tədarükçü şirkətlər haqqında məlumat verməyən Apple-ın Sony ilə əməkdaşlıq elanı həm şirkətlər, həm də sənaye üçün çox önəmlidir. Sony 44% bazar payı ilə CMOS sensor istehsalçıları arasında sənaye lideridir.