"NOD Magazine" Azərbaycan dilində texnologiya jurnalıdır. Noyabrın əvvəlində ilk sayı ilə satışa çıxarılmış jurnalın əsas məqsədi Azərbaycanlı texnologiya həvəskarlarına öz dilində, öyrədici mahiyyət daşıyan, mütəxəssislər tərəfindən yazılmış məqalələr çatdırmaqdır. "NOD Magazine" hər profildən olan texnologiya həvəskarları üçün nəzərdə tutulmuş məqalələr, dərsliklər, mütəxəssis rəyləri, analizlər, oyunlar haqqında məlumatlar, mobil texnologiyalar haqqında xəbərlər çatdırmaq məqsədi daşıyır.


 



Jurnal hər zaman oxuna biləcək məqalələr dərc etməyə çalışır. "NOD Magazine" daha çox dərsliklər, analizlər, öyrədicilərdən ibarət məqalələr daşıdığı üçün köhnəlmir. Oxucular həmişə köhnə saylara da müraciət edə biləcəklər.


 



"NOD Magazine" birinci sayı vərəqləməyə başlasanız ən son texnologiyalar haqqında xəbərlər, noutbuk və kompüterlər haqqında araşdırmalar, internet biznesi ilə əlaqəli öyrədici məqalələr, mobil texnologiyalar haqqında analizlər, oyunlar haqqında mütəxəssis rəyləri, texnologiya tarixi haqqında maraqlı faktlar, kompüter texnologiyaları ilə əlaqəli mühəndis qarşılaşdırmaları və s. tipli məqalələr görəcəksiniz.


 



"NOD Magazine" almaq istəyənlər cəmi 4 manat xərcləyəcəklər. Hal-hazırda 3 aylıq abunəlik mövcuddur. Abunə olanlar jurnalı endirimli qiymətlə əldə edəcəklər. Jurnalla birlikdə bir sıra endirim kuponları əldə edəcəksiniz. Bu da öz növbəsində jurnalın dəyərini artırır. Gələcəkdə oxucular üçün çox faydalı əməkdaşlıqlar gözlənilir.


 



Jurnalı Bakı şəhərindəki aşağıdakı nöqtələrdən əldə edə bilərsiniz:


DNS mağazaları
Qasid köşkləri
Metro köşkləri
Ali&Nino mağazaları


 



Əlaqə saxlamaq üçün:


info@nodmag.com 
0777-NODMAG | 0777-663624
www.nodmag.com
facebook.com/NODMgzn | twitter.com/NODMgzn