Bloomberg-dən Mark Qurman Apple-ın 2023-cü il üçün planlarını açıqladı. Açıqlamaya görə, Apple gələn il kompüterləri ilə gündəmə gələcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Bloomberg yazarlarından biri, Apple ilə bağlı açıqlamaları ilə yaxından tanıdığımız Mark Qurman şirkətin gələcək planları ilə bağlı açıqlamalar verib.“Apple”ın ən populyar məhsulları arasında yer alan “MacBook Pro” da yenilənir. Əldə edilən məlumata görə, Apple bir müddətdir M2 Pro və M2 Max prosessorları ilə işləyən 14 və 16 düymlük MacBook Pro üzərində işləyir.
Açıqlamaya görə, Apple-ın 2023-cü ildə təqdim edəcəyi iMac, M3 prosessoru ilə təchiz ediləcək və ilin sonuna doğru təqdim ediləcək.