Çətin oxunan əl yazısını deşifrə edə bilən süni intellekt modeli hazırlayan şirkət Hindistanda keçirdiyi illik konfransda Google Lens-də səliqəsiz tibbi qeydləri deşifrə edə bilən alət yaratmaq üçün əczaçılarla birlikdə işlədiyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Google Lens-də mövcud olacaq funksiya istifadəçilərə reseptin şəklini çəkməyə və ya öz foto qalereyasından yükləməyə imkan verəcək.


Google-un yeni "mətn dekodlanması" funksiyasının nə vaxt istifadəyə veriləcəyi barədə məlumat paylaşılmayıb.