İlon Maskın peyk internet layihəsi olan Starlink 1 milyon aktiv abunəçiyə çatıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Starlink-in rəsmi Twitter hesabından edilən paylaşımda 1 milyon aktiv istifadəçi sayının layihə üçün dönüş nöqtəsi olduğu bildirilib.
Bu rəqəmi dönüş nöqtəsi kimi xarakterizə edən şirkət qarşıdakı illərdə də abunəçilərinin sayını artırmağı hədəfləyir.