Apple, Self Servis proqramına M1 Mac masaüstü kompüterləri və "Studio Display"i əlavə edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, proqram istifadəçilərin nasaz cihazlarını "Apple Store"a aparmaq və ya "Apple"a göndərmək əvəzinə evdə təmir etmələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, proqrama avqust ayında iPhone 12, iPhone 13 və iPhone SE-dən başlayaraq müxtəlif MacBook modelləri də əlavə edilmişdi.