SpaceX, Twitter-dəki paylaşımında Starlink peyk internet xidmətinin abunəçi sayının 1 milyonu keçdiyini açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, SpaceX-in peyk internet xidməti Starlink 2020-ci ildə peykləri orbitə yerləşdirməyə başlayıb. O vaxtdan bəri peyklərinin sayını artıran və istifadə sahəsini genişləndirən şirkət sürətlə böyüməyə davam edir.
Bütün dünyaya internet təqdim etmək məqsədi ilə yola çıxan Starlink, təxminən 2 il ərzində çox əhəmiyyətli sayda istifadəçiyə çatmağı bacarıb.