Domenlər arasında dub-clothing.ru, dubretail.ru, dubfashion.ru, ecruclothing.ru, ecrufashion.ru var.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət 2025-ci ilin fevral ayına qədər Rusiyada Zara / Zara ticarət nişanı, xüsusən biznesin idarə edilməsi, ticarət mərkəzləri və satışın təşviqi üçün qeyri-eksklüziv hüquqlar alıb.


Qeyd edək ki, Inditex-in Rusiyada cəmi 515 mağazası və 9000-dən çox işçisi var. Şirkət 2022-ci il martın 5-də fəaliyyətini dayandırıb.