Meta, Amazon və Twitter kimi dünya üzrə texnologiya nəhəngləri on minlərlə işçini işdən çıxarıb. Siyahıya Xiaomi əlavə olunub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çinin texnologiya nəhəngi Xiaomi-nin işçilərinin yüzdə 10-a yaxınını ixtisar edəcəyini bildirir. Bu nisbət 3500-ə yaxın insanın işsiz qalacağı deməkdir.
CNN-in məlumatına görə, texnologiya nəhənginin bu addımı gəlirlərinin bu ilin üçüncü rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalmasından sonra baş verib. Xiaomi il ərzində oxşar addım ataraq 2022-ci ilin ilk doqquz ayında 1500 nəfəri işdən çıxarıb.