"Netflix" istifadəçilərinin hesablarını paylaşmasını sevmir və məlumata görə 2023-cü ilin əvvəli "Netflix" parol paylaşma dövrünün sonu olacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Netflix" uzun müddətdir ki, parol paylaşmanın şirkət üçün zərərli olduğunu bildirmişdi. Bu il gəlirlərin kəskin azalması və "Netflix"in abunəçi itkisi ilə üzləşməsi parol paylaşımına qarşı tədbir görməyə məcbur edir.


2023-cü ildən etibarən "Netflix" hesablarını kənar şəxslərlə paylaşan istifadəçilərdən ödəniş etməyi planlaşdırır.