Çində yerləşən avtomobil şirkəti XPeng 2025-ci ildə XPeng AeroHT X3 uçan avtomobil modelini təqdim edəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, XPeng-in şirkəti olan HT Aero tərəfindən hazırlanmış X2-nin daha təkmilləşdirilmiş versiyası olan X3 2025-ci ildə 140.000 dollar qiymət etiketi ilə satışa çıxarılacaq.
30 dəqiqəyə qədər havada qala bilən uçan avtomobilin yol problemini həll edəcəyi gözlənilir.