iPhone 15 Pro modellərində öz yerini tutacaq 3nm texnologiyalı A17 prosessorlarının istehsalı çox yaxında başlayacaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ texnologiya nəhənginin iPhone 15 Pro modellərində yer alması gözlənilən yeni 3 nm texnologiyalı çiplər, bu il təqdim ediləcək M2 Pro və M2 Max prosessorlarında da öz yerini tuta bilər.
Beləliklə, iPhone modellərindən əvvəl MacBook-larda 3 nm texnologiyalı prosessorları görə bilərik.
Yeni dizaynın 3 nm istehsal prosesi ilə daha yüksək sürət, səmərəlilik və xüsusiyyətlərə sahib olacağı gözlənilir. Bu mənada, 3 nm texnologiyalı A17, ehtimal ki, A16-dan əhəmiyyətli dərəcədə üstün olacaq.