"Google Calendar"ın mobil tətbiqi təsadüfi olaraq bütün gün davam edən və istifadəçilər tərəfindən yaradılmayan hadisələr yaradır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, keçən iyun ayında e-poçt dəvətnamələrinin dizaynını dəyişdirən "Google Calendar" bu dəfə xəta ilə üzləşib. "Google Calendar" istifadəçilərinin paylaşdığı səhv hesabatlarına görə, "Google Calendar"ın mobil tətbiqi təsadüfi olaraq bütün gün davam edən və istifadəçilər tərəfindən yaradılmayan hadisələr yaradır.


Göndərilən hesabatlara görə, sözügedən hadisələrin məzmunu istifadəçilərin "Gmail" mesajlarında olan məlumatlardan seçilir.