İki nəhəng texnologiya şirkəti Sony və Honda tərəfindən hazırlanan ilk elektrik avtomobili olan Afeela, dünyanın ən mühüm texnologiya mərkəzli sərgilərindən biri olan CES 2022-də təqdim edilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə Sony Honda Mobility birgə müəssisəsinin baş direktoru Yasuhide Mizuno açıqlama verib. Onun sözlərinə görə, avtomobil ABŞ-da 2025-ci ilin birinci yarısında ilkin sifariş üçün hazır olacaq və ilk tədarüklər 2026-cı ilin yazında Şimali Amerika müştərilərinə çatdırılacaq.
Elektrikli avtomobil sənayesi 2023-cü ilə sürətlə daxil olub. Yeni ilin ilk həftəsində olmağımıza baxmayaraq, təqdim edilən prototiplər və edilən açıqlamalar bu ilin də bazar üçün aktiv olacağından xəbər verir.