Almaniyanın ixracatı 0,3 faiz azalıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ölkədə mövsüm və təqvim təsirlərindən təmizlənmiş ixrac noyabr ayında yüzdə 0,3 azalaraq 135,1 milyard avro olub. Noyabrda idxal 3,3 faiz azalaraq 124,4 milyard avroya düşüb. Beləliklə, Almaniyanın mövsüm və təqvim təsirlərindən təmizlənmiş xarici ticarət profisiti 10,8 milyard avro təşkil edib.