Süni intellekt texnologiyası bütün həyatımıza daxil olmağa başlayıb. İnternetdən istifadəmizdə də böyük fayda təmin edən və daha böyük işlərə imza atacağı deyilən süni intellekt artıq Microsoft Office-ə gələ bilər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “The Information”ın məlumatına görə, Microsoft artıq ChatGPT-də istifadə edilən süni intellekt modelini Word-ə gətirmək üçün sınaqlara başlayıb. Bu süni intellekt Word və Outlook kimi proqramlarda avtomatik doldurma və mətn redaktəsi kimi funksiyalar üçün istifadə olunacaq.


Hal-hazırda Microsoft proqramlarında çox sadə süni intellekt dəstəkli proqramlar istifadə edilsə də, şirkət süni intellektin inkişafı ilə istifadəçilərinə məqalələrin səhifələrini yazmaq və yalnız bir neçə sözdən istifadə etməklə həm ətraflı, həm də orijinal slaydlar hazırlamağı hədəfləyir.