CES 2023 sərgisində Togg dünyada ilk ağıllı cihaza inteqrasiya olunmuş rəqəmsal aktiv pul kisəsini təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Togg, istifadəçilərin rəqəmsal aktivlərini bütün ekosistemdə saxlayacaqları pul kisəsini təqdim edib. Avalanche blokçeynində hazırlanmış rəqəmsal aktiv pul kisəsi dünyada ilk olaraq smart cihaza inteqrasiya olunacaq.


Togg-un pul kisəsi ilə istifadəçilər təhlükəsiz mühitdə öz rəqəmsal aktivlərinə daxil olmaq, saxlamaq və köçürmək imkanı əldə edəcəklər.