İki ay əvvəl 11.000 insanı işdən çıxaran Meta, metaverse planına sərmayə qoymağa davam edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, texnologiya nəhəngi Hollandiyada yerləşən və ağıllı eynək və linzalara diqqət yetirən "Luxexcel" şirkətini alıb.
Lakin müqavilənin maliyyə detalları barədə məlumat verilməyib. Xəbərdə "Luxexcel"in Meta-nın "Project Aria" adlı artırılmış reallıq eynəkləri ilə bağlı araşdırmalara qatılacağı ilə bağlı söz-söhbətlərin olduğu ifadə edilib.