Birləşmiş Millətlər Təşkilatı noyabrın 15-də dünya əhalisinin səkkiz milyarda çatdığını açıqladıqdan sonra əhali artımının yaşadığımız iqlim böhranını daha da dərinləşdirəcəyi ilə bağlı müzakirələr başlayıb. Çünki temperaturun artmasında ən böyük pay insan resurslarının karbon emissiyasıdır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, müxtəlif mövzularda real vaxt statistikası təqdim edən worldometer saytındakı məlumatlara görə, ən çox karbon emissiyasına səbəb olan ilk beş ölkə Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiyadır.