Livanın Energetika və Su Ehtiyatları Naziri Velid Fayyad vətəndaşların gündə 4 saat elektrik enerjisi ilə təmin edilməsi üçün 600 milyon dollarlıq büdcəyə ehtiyac olduğunu bildirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hökumətin ölkədə elektrik enerjisi istehsalını gündə 4 saata çatdırmaq üçün 2022-ci ilin avqustunda 600 milyon dollarlıq büdcə təsdiqlədiyini xatırladan Fayyad, Mərkəzi Bankın bu məbləği ödəməkdən imtina etdiyini bildirib.


Hazırda yanacaq yükünü boşaltmaq üçün gözləyən gəmiyə 62 milyon dollar ödənilməli olduğunu bildirən Fayyad, bu gəmidən başqa digər gəmilərdə yanacaq alınması üçün 75 milyon dollar, texniki və təmir üçün isə 54 milyon dollara ehtiyac olduğunu bildirib.


Livan mətbuatının məlumatına görə, 4 ödənişsiz yanacaqla dolu gəmi dənizdə gözləyir.