ABŞ fond bazarlarında çox müzakirə olunan bir araşdırma başlayır. Carnegie Mellon Universiteti süni intellektlə treyderlərin üz hərəkətlərini araşdıraraq birjada ticarət siqnallarını tutmağı hədəfləyir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, araşdırmaya görə, treyderlər həvəsli görünürsə, birjalarda alış zamanı ola bilər. Qaşlar normaldan daha çox çatırsa, bu, satış vaxtının gəldiyi anlamına gələ bilər. Robot hətta investorların baxışlarını da izləyəcək.


Qeyd edək ki, layihənin patenti üçün müraciət ABŞ-da 13 sentyabr 2022-ci ildə verilib.