Norveç Sərvət Fondunu idarə edən Norges Bank, İspaniyanın Iberdrola firmasının ölkənin bərpa olunan enerji portfelinin 49 faizini satın aldığını və bunun üçün 600 milyon avro ödəniləcəyini bildirib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Norveç Sərvət Fondunu idarə edən Norges Bank, İspaniyanın Iberdrola firmasının ölkədəki bərpa olunan enerji portfelinin 49 faizini alıb.
Bankdan verilən açıqlamada qeyd olunub ki, sözügedən portfel 1,3 giqavat quraşdırılmış günəş elektrik stansiyaları və quruda yerləşən külək elektrik stansiyalarından ibarətdir.
Müqavilənin dünən imzalandığı bildirilən açıqlamada müqavilənin bu ilin birinci rübündə tamamlanacağı vurğulanıb.