Sənaye ilə bağlı son araşdırmaya görə, 2022-ci ildə cəmi 12,8 milyon qatlanan smartfon satılıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, lakin bu satışların 82%-ni təkcə Samsung modelləri təşkil edib. Başqa sözlə, keçən il satılan hər 10 qatlanan smartfon modelindən 8-də ya Galaxy Z Fold, ya da Galaxy Z Flip imzası var.


Digər tərəfdən, sektorun 2023-cü ildə əvvəlkindən daha yüksək sürətlə böyüməsi gözlənilir. Analitiklərin fikrincə, bu il qatlana bilən smartfon satışlarının 18 milyonu ötməsi ehtimalı yüksəkdir.